Ərdoğan Azərbaycana təşəkkür etdi:

“Bir millətin iki diasporu olmaz”
14 Oktyabr 2019 - 18:08

“Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır”.

Bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək  üçün işlər aparılır.  “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

“Türkiyə və Azərbaycan türkləri “Bir millət, iki dövlət” fikrini əldə rəhbər tutduqları təqdirdə, onların dəf edə bilməyəcəkləri maneə yoxdur” –deyə bildirib.

“Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız bir o qədər güclü olar”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Əroğan Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib. Çıxışında başda Azərbaycan olmaqla, ilk gündən Türkiyənin yanında olub, dəstək verən bir hər dövlətə minnətdarlığını ifadə edib. “Türk dünyasının bizimlə olduğunu, bütün qardaşlarımızın Türkiyə üçün dua etdiyini bilirik”, – deyə Türkiyə Prezidenti qeyd edib. (APA)

“Ana müxalifət”də nə qədərdir bilmirəm, digər parlament patiyalarında nə qədərdir, onları da bilmirəm. Bizim partiyamızda 50 kürd millət vəkili var. Biz türk-kürd ayırımı etmədik və etmirik. Biz yaradılanı Yaradandan ötrü sevirik”-deyə, o, sözlərinə əlavə edib.

“Barış pınarı” ilə bağlı Ərdoğan deyib ki, onlar terrorla və terror təşkilatları ilə mücadilə edirlər: “Biz bir dövlətik. Bizim qarşımızda terror təşkilatları var. Terror təşkilatları ilə savaşmazlar, mücadilə edərlər”.

Ərdoğan heç nəyə, heç bir təhdidə fikir vermədən anterror əməliyyatına axrıcan davam edəcəklərini və əməliyyatı uğurla başa çatdıracaqlarını söyləyib.

O, sonra Ərəb Liqasına səslənib: “Ey Ərəb Liqası. Bu gün Türkiyə torpaqlarında 3 milyon 600 min suriyalı qaçqın var. Onlar bombardmanlardan qaçıb Türkiyəyə sığınıblar. Niyə bunları görmürsünüz?”. (Etikxeber.az)