Ərdoğan Çavuşoğlunu istefaya göndərməyi planlaşdırır –

cavusoqlu
Türkiyə prezidenti Ərdoğan daha 4 naziri istefaya göndərməyi planlaşdırır. Onların sırasında xarici işlər naziri Mövlüd Çavuşoğlu da var. 
Azpost.info bildirir ki, bu barədə Cumhuriyyət qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, bu sırada XİN başçısı Mövlud Çavuşoğlu, mədəniyyət naziri Mehmet Nuri Ersoy, səhiyyə naziri Fəxrəddin Koca və kənd təsərrüfatı naziri Bəkir Pakdemirlinin adları var.
Məlumatda bildirilir ki, kabinet dəyişikliyi dərhal baş verməyəcək. Burada ən həssas məqam Çavuşoğlunun istefası ola bilər. Onun yerinə prezidentin sözçüsü İbrahim Kalının adı çəkilir.
Pakdemirli isə ötən il baş vermiş meşə yanğınları ilə bağlı vəziyyətə görə Ərdoğanın etimadını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir