Ərdoğan fikrini dəyişdi

- ABŞ-ın vitse-prezidenti ilə görüşəcək
16 Oktyabr 2019 - 17:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə Prezidenti və ABŞ-ın vitse-prezidenti arasında görüşün sabah keçiriləcəyi bildirlir.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. Ərdoğan onlarla görüşməkdən imtina edərək, Tramp gələndə onunla görüşəcəyini bildirmişdi.