Ərdoğan Merkellə Qarabağ barədə danışdı-

BMT qətnamələrinin icrasını xatırlatdı
06 Oktyabr 2020 - 15:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Görüş zamanı Şərqi Aralıq dənizi, Liviya və Dağlıq Qarabağ münaqişələri müzakirə edilib.

Ərdoğan Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT qətnamələrinin icra edilməsinin vacibliyini A. Merkelin diqqətinə çatdırıb.