Ərdoğan Pens və Pompeoyla görüşməkdən imtina etdi

- Səbəbini belə açıqladı
16 Oktyabr 2019 - 16:34

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz həmkarları ilə görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.

Rəcəp Tayyip Ərdoğan ABŞ səfəri ilə bağlı bunları bildirib: “ABŞ-a ziyarətim buraya (Türkiyəyə – red.) gələcək olan nümayəndə heyət ilə aparılan müzakirələrdən sonra dəyərləndiriləcək bir haldır. ABŞ Konqresində aparılan müzakirələr, danışıqlar, şəxsim, ailəm və nazirlərimizlə bağlı bütün dəyərləndirmələr Türkiyə Cümhurriyyəti dövlətinə qarşı çox böyük hörmətsizlik, həddini aşmaqdır. Təbii ki, belə bir vəziyyətdə bunu dəyərləndirilməsindən daha doğru bir şey ola bilməz. Dəyərləndirib daha sonra qərarımızı verəcəyik”.

Xatırladaq ki, cari il noyabrın 14-də Türkiyə prezdentinin ABŞ-a səfəri nəzərdə tutulub.