Ərdoğan pişiklə fotosunu paylaşdı:

"Baş verənləri maraqla izləyir" (FOTOLAR)
26 Sentyabr 2021 - 17:23

Türkiyə prezidenti Ərdoğan sosial şəbəkədəki səhifəsində maraqlı fotolar paylaşıb. 

Azpost.info bildirir ki, şəkillərdə Ərdoğan dizləri üstə oturmuş pişiklə bərabər qəzetlərə göz gəzdirdiyi məqam əks olunub. “Sevimli nəvəm Aybikənin pişiyi “pit-pıt Şəkər”…Hər gün baş verənləri maraqla izləyir“-deyə Ərdoğan zarafatyana yazıb.