Ərdoğan qədim Xivə şəhərinə gedib

Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev, xanımı Ziroat Mirziyoyeva, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Xarəzm vilayətinin UNESCO-nun dünya mədəni irsi siyahısına salınan qədim Xivə şəhərində olublar.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev, Rəcəb Tayyib Ərdoğan, həmçinin xanımları Xivə şəhərinin “İçan Kala” memarlıq kompleksində qədim abidələrə baxıblar. Onlar İçan-Kalanın qərb qapısı, Kalta-Minor minarəsi, Pəhləvan Mahmud mavzoleyi, Köhnə Ark qalası, Cümə Məscidi və digər abidələri ziyarət ediblər. Qonaqlara abidələrin tarixi haqqında məlumat verilib. “İçan Kala” memarlıq kompleksində yaşayanlar dövlət başçılarını və digər qonaqları alqışlarla qarşılayıblar.

Xatırladırıq ki, 1997-ci ildə Xivə şəhərinin 2500 illiyi qeyd edilib. “İçan Kala” Mərkəzi Asiyada yeganə abidə-şəhərdir. Xivədə 120-dən çox tarixi abidə var.

2020-ci ildə TÜRKSOY Xivə şəhərini “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib.

Əvvəlki məqalə

Güləş üzrə Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu olub

Sonrakı məqalə

“Zelenski-Putin görüşünə hazırlıq gedir”