Ərdoğan türk ordusunun öldürdüyü terrorçuların sayını açıqladı

10 Oktyabr 2019 - 14:54

Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 109 terrorçu öldürülüb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, hərbi əməliyyatlar davam edir. “Öldürülən terrorçulardan savayı, yaralılar da, təslim olanlar da var”, – deyə Ərdoğan qeyd edib. (APA)