Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişib –

FOTO
21 Dekabr 2020 - 00:11

Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın Kocaelinin vilayətinin Başiskele mahalında yaşayan qardaşı oğlu Əhməd Ərdoğan koronavirüsdan dünyasını dəyişib.

“Hürriyet” xəbər verir ki, Əhməd Ərdoğan koronavirus testinin müsbət nəticələnməsindən sonra bir müddət əvvəl Kocaeli Dövlət Xəstəxanasında müalicə alırdı.

Reanimasiyaya yerləşdirilmiş Ə.Ərdoğan tənəffüs aparatına qoşulmuşdu. Bu gecə göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, Ə.Ərdoğan orada vəfat edib.