Ərdoğanla Tramp telefonda danışıb görüş vaxtını təyin etdilər

07 Oktyabr 2019 - 00:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Telefon söhbətində ikitərəfli məsələlərlə yanaşı, Fərat çayının şərqində qurulması planlaşdırılan “təhlükəsiz bölgə” barədə də müzakirələr aparılıb.

Həmçinin danışıqlar əsnasında iki ölkə prezidentlərinin gələn ay Vaşinqtonda görüşməsi razılaşdırılıb. (APA)