Ərini öldürən qadın məhkəmə zalında azadlığa buraxılıb

Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.

S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq baş prokuror Eldar Həsənovun məhkəmə istintaqı başa çatıb –

Sonrakı məqalə