Əbülfəs Qarayevdən etiraf:“Bakı Dövlət Sirki 40 ildir təmir olunmur"

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirkinin təhlükəsizliyi ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır.

Modern.az-ınməlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:

“Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı və Abşeronda bayram yarmarkaları keçiriləcək

Sonrakı məqalə

Ermənistandan Ukraynaya qarşı növbəti