“Dəbdəbəli həyat tərzini nümayiş etdirməyin…”- "Vahid Rusiya" deputatlara qadağalar qoydu

Rusiya Dumasında hakim “Vahid Rusiya” partiyasını təmsil edən deputatlar üçün ictimai mövqe kodeksi hazırlanıb.

Azpost.info xəbər verir ki, 11 maddədən ibarət kodeks sosial şəbəkələrdəki paylaşımlara, şərhlərə və media ilə qarşılıqlı əlaqəyə aiddir.

“Qeyri-adekvat fiziki və psixi vəziyyətdə sosial şəbəkələrdə qətiyyən yazmayın. Nitq mədəniyyətinin elementar tələblərini yerinə yetirin. Rəqiblərə “trollinq” üçün səbəb verən ədəbsiz söz və jarqonlardan istifadə etməyin. Sosial şəbəkə hesablarınızda lüks mallar, ekzotik səyahətlər və restoranlar – ictimaiyyətin gözündə sizinlə bağlı “imtiyazlı təbəqə” imicini yarada biləcək hər hansı bir şey yerləşdirməyin”, – sənədin tövsiyələr və qadağalar siyahısında deyilir

Deputatlara həmçinin öz fikirlərini partiyanın mövqeyi ilə əlaqələndirməyə, beynəlxalq gündəmə və xüsusi profilli məsələlərə münasibət bildirməməyə çağırılıb. Bundan başqa, partiya üzvlərinə sosial şəbəkələrdə müzakirələr zamanı emosiyalarını cilovlamaq tövsiyə olunub.

Sənəddə o da qeyd olunur ki, ki, ifadələrinə və ya hərəkətinə mənfi reaksiya verildiyi halda, deputat şəxsən üzr istəməlidir.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Gömrük Komitəsinin sədr müavinləri vəzifələrindən azad ediliblər

Sonrakı məqalə

Rəhman Mustafayev Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə təyin edilib