ƏFSANƏVİ FUTBOLÇU PELE VƏFAT ETDİ

Əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele vəfat edib.
Azpost. info bildirir ki, futbolçu 82 yaşında dünyasını dəyişib. Onun vəfatını agenti Co Fraqa “Assoşeyted Press”ə təsdiq edib.
O, bir aya yaxın idi ki, xəstəxanada müalicə alırdı.
O, San-Paulu xəstəxanasında COVİD nəticəsində kəskinləşmiş tənəffüs infeksiyası diqanozu ilə yerləşdirilmişdi. Pele həmçinin onkoloji xəstəlikdən də müalicə olunurdu.  2021-ci ildə Pele bağırsaq əməliyyatı olunmuşdu.
Dekabrın 26-dan Pele ailəsi ilə vidalaşmağa başlamışdı.
Onun vəziyyəti gündən -günə pisləşirdi.

Əvvəlki məqalə

Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb

Sonrakı məqalə

Bakıda ər əvvəl arvadını, sonra özünü öldürdü