Əli Əhmədov uşaqpulundan danışdı:“Sosial yardım alanların çoxu elə çoxuşaqlı ailələrdir” 

“Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “usaqpulu verilmir” fikrini qəbul etmək istəmirəm”. 

Azpost.info bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir. Beləliklə, Azərbaycanda “uşaqpulu verilmir” fikrinin səsləndirilməsi düzgün deyil. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaqpulu formasında ifadə etmək istəyirsinizsə, məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər”. 

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TRAMP “QIRĞINI UÇURTDU” –

Sonrakı məqalə

Dövlət Komitəsi “köçkünlərə 10 min manat veriləcək” şaiyəsinə aydınlıq gətirdi