Əli Nağıyevin yerinə yeni şəxs təyin edildi –Zakir Qaralov əmr imzaladı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Azpost.info modern.az -a istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralov bununbla bağlı əmr imzalayıb. Baş prokurorun əmri ilə Emin Ramiz oğlu Mürsəliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

E.Mürsəliyev bu vəzifəyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi olub.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə əhalinin neçə faizi siqaret çəkir? –

Sonrakı məqalə

Avropa Məhkəməsində Dilqəm Əsgərovla bağlı dinləmə keçiriləcək –