Əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb- Xüsusi karantin rejimi ilə əlaqədar

“Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarına dəyişiklikdə yer alıb.

Qüvvədə olan qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək, başqa sözlə iyunun 1-dək uzadılmışdı.

Dəyişikliyə əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənilib

Sonrakı məqalə

İşsizlikdən sığorta ödənişi iyun ayında da veriləcək