“Ərəb baharı”nın devirdiyi Tunis prezidenti  Ben Əli vəfat edib –FOTO

Tunisin devrilimiş prezidenti Ben Əli 84 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə “Euronews” onun vəkilinə istinadən məlumat yayıb.

Ben Əli Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyasını dəyişib. O, ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Vəklin sözlərinə görə, mərhum cümə günü Məkkədə dəfn olunacaq.

Ben Əli 1987-2011-ci illərdə Tunisin prezidenti olub. 2011-ci ilin yanvarında ölkədə başlanmış etirazlar nəticəsində devrilən Ben Əli arvadı Leyla Trabelsi ilə ölkədən qaçmağa məcbur olmuşdu. Bəzi KİV-lərin iddiasına görə, o gedərkən ölkədən 45 milyon avro dəyərində 1,5 ton qızıl apara bilib.

Tunis hakimiyyəti dəfələrə onun qaytarılmasını tələb edib. Vətənində ona ömürlük həbs cəzası kəsilmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni dünya düzənində Avropanın yeri haradadır? –

Sonrakı məqalə

DTX-nın rəisi Əli Nağıyevlə Orxan Sultanov yas mərasiminə gəldilər –