Ərdoğan:"Bağdadinin arvadı tutulub"

İŞİD terror təşkilatının məhv edilmiş başçısı, terrorçu Əbu Bəkr əl-Bağdadinin arvadı saxlanılıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara terrorizmə qarşı fəal mübarizəsini davam etdirir.

R.T.Ərdoğan qeyd edib ki, İŞİD ilk növbədə İslama real təhlükədir.

Qeyd edək ki, əl-Bağdadi ötən ay Suriyada zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Transformator məntəqəsində yanan Zəhranın bütün müalicə xərclərini ödəyirik”

Sonrakı məqalə

Arif Hacılı özünə 14 müşavir təyin etdi