Ərdoğan Avropa liderləri ilə görüşdü:“Suriya mövzusunda Zirvə görüşü çox yaxşı keçdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və İngiltərə Baş Naziri Boris Consonla Londonda bir araya gəlib.

Bir saata yaxın davam edən Zirvə görüşü bu dəqiqələrdə başa çatıb.

Görüşdən sonra Türkiyə prezidenti toplantının çox yaxşı keçdiyini bildirib.

Qeyd edək ki, bu gün Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Toplantı sabah da davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Parlamentin tərkibi xalqı yormuşdu, Brejnev durğunluğu vardı” –

Sonrakı məqalə

Naxçıvan Dövlət Universitetinə yeni rektor təyin edilib  –