Ərdoğan Trampın tvitinə cavab yazdı:"Qalib gəlsək, daha çox insan xilas olacaq...” (FOTO)

Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib.

Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından bu sözləri yazıb:

“Terroru aradan qaldırdıqdan sonra daha çox insan xilas olacaq”.

Ərdoğan daha sonra bunları yazıb: “Cənab Prezident, bəşəriyyətin düşməni olan terroru dəf etdiyimiz vaxt daha çox insan həyatı xilas olacaqdır. Bu ortaq səyimiz nəticəsində bölgəmizdə sülh və sabitliyin bərqərar olacağına əminəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının və Lənkəranın bəzi məntəqələrində bu gün qaz olmayacaq

Sonrakı məqalə

Slovakiya – Azərbaycan matçının stadionu dəyişdirildi