Ərdoğan və Putinin görüşünə hazırlıq aparılır

“Şərtlər əlverişli olduğu bir vaxtda gələn il Türkiyədə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.

O, bugünkü görüşdə gələn il keçiriləcək toplantının gündəmində duracaq məsələlər üzərində çalışmalı olduqlarını bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə çıxışında Türkiyə və Rusiya prezidentləri arasındakı münasibətlərdə olan qarşılıqlı inamın təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət etdiyini qeyd edib: “Bu gün biz gələn il Türkiyədə iki ölkə prezidentinin görüşü üçün hazırlıq aparacağıq. Ankara Moskva ilə sıx dialoqdan və bu dialoqu dəstəkləyən qurumların aktiv işindən razıdır. Ticarət, mədəniyyət, turizm və energetika sahələrindəki münasibətlərimizin genişlənməsi əlbəttə ki, böyük məmnunluq doğurur”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Sonrakı məqalə

Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi –