Ərdoğan zəlzələ bölgəsinə getdi –Ana və oğulun dəfn mərasiminə qatılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

Bu barədə “Hürriyət” qəzeti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib. Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib. Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avropa Şurasının seçki keçirilməmiş rəy paylaşması qəbuledilməzdir” –

Sonrakı məqalə

Elazığda ikinci dəfə 5 bal gücündə zəlzələ oldu