Ərdoğanın və Baydenin müşavirləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə telefon danışığı zamanı bildirlib.

Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğunu vurğulanıb.

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirus pandemiyasının bitmə tarixi görünür” –

Sonrakı məqalə

Prezident Sahib Ələkbərovu “Şöhrət” ordeni ilə təltif edib