ƏSƏD İLK DƏFƏ SURİYA BÖHRANININ REAL SƏBƏBLƏRİNİ AÇIQLADI –İrandan kəmər çəkmək planı Yaxın Şərqə necə od vurub?

Suriya prezidenti Bəşər Əsəd nadir halda geniş müsahibə verir. Suriya liderinin 6439 sözdən ibarət müsahibəsi ingilis dilində yayımlanan Rusiya telekanalında efirə gedib.

Azpost.info bildirir ki, müsahibə böyük əhəmiyyət kəsb edir, çünki bəzi fikirlər ilk dəfə səslənib və kifayət qədər səmimi təəssürat yaradıb. Bu barədə “Rai Al Youm” nəşri məlumat verir.

Qəzet maraq kəsb edən dörd mövzuya toxunub. Belə ki, Bəşər Əsəd ilk dəfə həmin məsələlərlə bağlı açıqlama verib:  “Birincisi: o, müsahibədə ilk dəfə neft-qaz amilinin mövcud olduğunu, bu amilin Suriyada hərbi əməliyyatların başlamasına səbəb olduğunu etiraf edib. Lakin bu, hamının fikirləşdiyi kimi cənubdan şimala uzanan Qətər marşrutu deyil, şərqdən qərbə uzanan İran kəməridir. Bəşər Əsəd ilk dəfə açıq-aşkar bildirib ki, İraq və Suriya vasitəsilə İrandan Aralıq dənizinə boru kəmərinin tikinti layihəsi həqiqətən müzakirə edilib. O, hökumətin razılığının ölkədə münaqişəyə səbəb ola biləcəyini istisna etməyib”, – məqalədə deyilir.

“Qətərin keçmiş baş naziri şeyx Həmad ibn Casim İranla münasibətləri kəsməsi üçün birinci tranş kimi Suriya prezidentinə təxminən 15 milyard dollar təklif etdiyini boynuna alıb. Belə bir ehtimal var ki, bu təklifin arxasında ABŞ dayanıb”, – nəşr qeyd edir.

“İkincisi: Əsəd etiraf edib ki, ABŞ Suriyanın şimal-şərqini həmin regionun neft-qaz sərvətini ələ keçirmək üçün işğal etməyib. Amerikanın neftə və neftdən gələn gəlirə ehtiyacı yoxdur, ABŞ özü sutkada 12 milyon barel neft hasil edən böyük dövlətdir. Heç bir şübhə yoxdur ki, amerikalılar hər vasitə ilə İŞİD terrorçularını dəstəkləyiblər, qruplaşma üzvlərinin cinayət əməllərinin üstünü örtüblər, həmçinin Suriya neftini oğurlamaqda və onu Türkiyə sərhədi və Kürdüstan regionu ilə başqa yerə göndərməkdə onlara kömək ediblər. ABŞ Suriya və onun neft yataqlarından, habelə ölkənin kənd təsərrüfatı imkanlarından gələcək danışıqlarda kozır və şantaj vasitəsi kimi istifadə edir”,  – məqalədə deyilir.

“Üçüncüsü: Bəşər Əsəd əmin edib ki, İdlibin geri qaytarılması məqsədilə həyata keçiriləcək əməliyyat çox vaxt almayacaq, bunun üçün Suriya ordusunun hücuma keçməsi kifayətdir. Hökumət əməliyyatı təxirə salmaqla yerli sakinləri ərazini tərk edib, Əsəd qüvvələrinin nəzarətində olan regionlara köçməsi üçün imkan yaratmağa çalışır. Amma prezidentin sözlərinə görə, yerli terror qruplaşmaları, məsələn, “Cebhat ən-Nüsra” vətəndaşların geri qayıtmasına imkan yaratmayacaq, onlardan girov kimi istifadə edəcək”, – “Rai Al Youm” yazır.

“Dördüncüsü: Bəşər Əsəd Suriyanın bərpa prosesinin tezliklə başlayacağını gözləmir. Səbəb çoxdur. Onlardan biri Amerika blokadasıdır. ABŞ Suriyanın bərpa prosesinə investisiya edən şirkətləri sanksiyalarla hədələyib. Bəşər Əsəd yalnız səriştəli şirkətlərin cəlb ediləcəyinə ümid edir. Suriya lideri bu zaman iki mühüm məqamı vurğulayıb: Suriyaya qarşı çıxan heç bir ölkə prosesə buraxılmayacaq, Çin, Rusiya və İran kimi dost ölkələrə, onların şirkətlərinə üstünlük veriləcək”, – məqalənin sonunda deyilir. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Toy üçün foto çəkdirən bəylə gəlin Müsavat piketçilərinin arasında düşdü –

Sonrakı məqalə

“Məhsuldarlıq azalacaq, su qıtlığı və səhralaşma başlayacaq” –