1 milyonu mənimsəyən sabiq məmurların məhkəməsi başlanır

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.
İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin televiziya kanallarına MÜSAHİBƏSİ -TAM MƏTN

Sonrakı məqalə

Məhkəmə “İnter DBK” şirkəti ilə bağlı cərimə qərarı verdi