10 yaşlı Nərminin anası qatilin tez tapılmasını istəyir- VİDEO

Ötən ilin noyabr ayında itkin düşmüş, dünən yanmış meyiti tapılan Tovuz rayonunun Dondar Quşçu kənd sakini – 10 yaşlı Nərmin Quliyevanın anası qızını öldürənin tez tapılmasını istəyir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə N. Quliyevanın anası Aynurə İsmayılova jurnalistlərə açıqlamasında deyib.

“Televiziyada çıxıb yalvardım, diz çökdüm. Dedim, ayaqlarının altında ölüm, balamın ölüsünü gətir. Mənim balamı gözümün qabağında niyə yandırırsan? Danışa bilmirəm. Artıq havalanmışam”, – deyə o bildirib.

Nərminin nənəsi Minayə İsmayılova isə deyib ki, iki nəfər nəyinsə yandığını görüb, üstünə torpaq töküb alovu söndürüblər: “Siqaret çəkməyə çıxıblar, görüblər. Söndürüblər. Birinin adı Quludur. O birinin adını bilmirəm. O uşaqları şöbəyə aparıblar”. 

Azyaşlının əmisi Vaqif Quliyev qeyd edib ki, qardaşının heç kəslə ədavəti olmayıb: “Mənim qardaşımın heç kimlə münaqişəsi yoxdur. Elə də varlı deyilik ki, deyək pulumuz var. Bu kənd bizi tanıyır”.

Dəhşətli cinayəti törədənin və yaxud törədənlərin kimliyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

https://www.youtube.com/watch?time_continue=148&v=HTAcros8xYk&feature=emb_logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Ağcabədiyə 2,1 milyon manat ayırdı

Sonrakı məqalə

Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb