Ərdoğan Türkiyəni Qafqaza birləşdirəcək Pirinkayalar tunelinin önəmindən danışıb

“Ərzurum vilayətinin Uzundərə rayonunu Artvin şəhəri ilə birləşdirən 2 246 metr uzunluğa malik Pirinkayalar tuneli Qafqaz istiqamətinə yönələn əlaqələri də asanlaşdıracaq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə ilə Qafqaz ölkələrini birləşdirəcək Pirinkayalar avtomobil tunelinin açılışında bildirib.

Qeyd edək ki, xalq arasında “ölüm yolu” adlandırılan yeni tunel Türkiyədən Gürcüstan sərhədinə uzanan marşrutda mühüm keçid olacaq və şimal-şərqi Anadolunun dağlıq bölgələri ilə yükdaşımaları asanlaşdıracaq.

Cənubi Qafqaz istiqamətində açılan yeni tunelin Türkiyənin bu bölgəsində turizmin inkişafına önəmli töhfə verəcəyi də gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda kişi idman edən qadınların üzərinə sulfat turşusu atıb

Sonrakı məqalə

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq daha da gücləndiriləcək