Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O, 34 nömrəli məktəbin 11-ci sinif şagirdi olub. Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb: "Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi", - deyə o bildirib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də saat 00 radələrində, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub: "Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb." Faktla bağlı araşdırma aparılır. Ətraflı süjetdə: AzPost.az