fhn

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.

FHN-in əməkdaşı Bəxtiyar Tağıyev  açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə “City Garden” şirkəti tərəfindən binanın tikintisi aparılır.

“Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər”, – o vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir