125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq

Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bildirib ki, mandat uğrunda 991 nəfər mübarizə aparacaq.

O, seçki bülletenlərində deputatlığa 991 namizədin adının qeyd olunduğunu vurğulayıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.