130 bələdiyyə sədri barəsində protokollar məhkəmələrə göndərilib –

Nazirlik
08 İyun 2020 - 20:08

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda inamla irəliləyir, müasir çağırışlara uyğun genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib ki, dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında verilmiş tapşırıqlara əsasən tabe qurumların kollektivləri ilə xüsusi karantin rejiminə əməl olunmaqla video-əlaqə vasitəsilə müşavirələr keçirilir.

Bununla əlaqədar həmçinin, Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinin, regional ədliyyə idarələri rəislərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.