“14 gündə Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb” –

Hande Harmancı
25 İyun 2020 - 17:48

“Son 14 gündə Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, hazırda əsas diqqət sosial məsafənin qorunmasına yönəlməlidir: “Məlumatlı insanlar başqalarına nümunə olmalı, başqalarını düzgün davranmağa dəvət etməlidirlər. Yalnız bu halda özümüzü və başqalarını qoruya bilərik”.