15 yaşlı azərbaycanlı ABŞ-ın məşhur Universitetinə daxil olub –FOTO

15 yaşlı azərbaycanlı Kənan Həsənəliyev ABŞ-ın Stanford Universitetinə qəbul olunub.

Azpost.info bildirir ki, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.

“Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətləri eşidəndə iftixar hissi keçirir, Kənanın Azərbaycanlı olması ilə qürur duyurdum”.

Q.İbadoğlunun sözlərinə görə,  Kənan hələ 6-cı sinifdə təhsilini 3 pillə qabaqlayıb. O, 6-cı sinifdə oxuyarkən AP Calculus və Calculus İİ fənnlərini mənimsəmiş və 8-ci sinifdə oxuyarkən ali riyazıyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslər götürüb: “Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb və təqaüd qazanıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ATƏT Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabat yaydı

Sonrakı məqalə

“Türkiyə İdlibdə qırğını dayandırmaq üçün çox çalışır” –