163 Nobel mükafatçısı Putinə etiraz məktubu imzaladı

Nobel mükafatı almış 163 elm adamı Rusiyanın Ukraynaya hücumunu pisləyən açıq məktub yayıb.

Azpost.info xəbər verir ki, dünya şöhrətli alimlər müharibəyə başlamaqla Rusiyanın BMT Nizamnaməsini və Budapeşt Memorandumunu pozduğunu xatırladıblar. “Necə ki nasist Almaniyası 1939-cu ildə oxşar hiylələr və yalançı təxribatlarla Polşaya və 1941-ci ildə Sovet İttifaqına hücum etdi, Rusiya hökuməti də prezident Putinin rəhbərliyi altında qonşu dövlət Ukraynaya əsassız hərbi təcavüzə başladı. Biz burada sözlərimizi diqqətlə seçirik, çünki rus xalqının bu təcavüzdə rol oynadığına inanmırıq”, – məktubda deyilir.

Nobelçi alimlər Rusiya ordusunun hərəkətlərini və prezident Putinin Ukraynanın mövcudluğunun legitimliyini inkar etməsini pisləyiblər. Onların fikrincə, Moskvanın bu işğalı onun qarşıdakı onilliklər üçün beynəlxalq nüfuzuna ləkə yaxdı: “Bu, ölkənin iqtisadi inkişafına böyük zərbə və Rusiya əhalisi üçün çətinlik mənbəyi olacaq”.

Alimlər Rusiyanın ali rəhbərliyini qoşunları Ukraynadan çıxarmağa və müharibəni dayandırmağa çağırıblar: “Biz ukraynalıların sakitliyinə və gücünə hörmət edirik. Biz sizinləyik. Qəlbimiz artıq ölən, yaralanan ukraynalıların və rusların ailələri ilədir”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu gün danışıqlar üçün Ukrayna nümayəndələrini gözləyəcəyik” –

Sonrakı məqalə

“Mazda” və “Honda” Rusiyaya ixracı dayandırır