17 yaşlı oğlan anası ilə mübahisə etdi, 15-ci mərtəbədən özünü atdı –

Bakıda faciə
13 Noyabr 2020 - 13:44

Bakıda 17 yaşlı oğlan intihar edib.

Hadisə Nəsimi rayonu, 28 May küçəsində baş verib.

Hündürmərtəbəli binada yaşayan 17 yaşlı oğlan anası ilə mübahisə etdikdən sonra 15-ci mərtəbədən özünü ataraq intihar edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.