19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü –Sabunçuda

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Beynimiz nələri sevir, nələri xoşlamır? –

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib