1980-ci ildə SSRİ-dən qaçmış KQB zabiti ABŞ-da öldü –

FOTO
06 Dekabr 2019 - 10:42
Ölkədən ABŞ-a qaçan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Viktor Şeymov 74 yaşında vəfat edib. 
Qaynarinfo “Vaşinqton Post”a istinadla xəbər verir ki, Şeymov oktyabrın 18-də Virciniya ştatının Vyana şəhərində dünyasını dəyişib.  Qəzet xatırladıb ki, şifrələmə, rabitə və texniki təhlükəsizliklə məşğul olan KQB-nin Səkkizinci baş idarəsinin işçisi 1980-ci ildə ailəsi ilə birlikdə CİA agentləri tərəfindən ölkədən çıxarılıb.
Həyat yoldaşı Viktor Şeymovun ölümü barədə məlumatı təsdiqləyib.