“1990-cı illərdə Bakıya bir neçə dəfə səfər etmişəm” –NATO Baş katibi

Azərbaycana səfər etməkdən məmnunluq duyuram.

Bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

O, 1990-cı illərdə Norveçin enerji naziri kimi Bakıya bir neçə dəfə səfər etdiyini xatırladıb.

Baş katib deyib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib: “Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram” (APA)

Əvvəlki məqalə

“Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirir” –

Sonrakı məqalə