1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş Ter-Tadevosyan öldü

31 Mart 2021 - 15:32

“Kommandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan 82 yaşında ölüb.

Bu barədə “Sputnik Armenia” onun döyüş yoldaşı polkovnik Ara Muradyana istinadən xəbər yayıb.

Bir neçə gün əvvəl erməni generalın xəstəxanaya yerləşdirilməsinə dair xəbərlər yayılıb, onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Arkadi Ter-Tadevosyan 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik edib.