Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

2 vəkilə xəbərdarlıq edilib,1 vəkilin fəaliyyəti dayandırılıb –

User 04 Noyabr 2024 - 19:32 (Last updated: 21 May 2025 - 20:15)
vekiller kolleg

Noyabrın 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən təşkilatın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran dörd vəkilliyə namizədin, bir hüquq elmləri doktorunun ARVK üzvlüyünə qəbulla bağlı andiçmə mərasimi keçirilib, habelə dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin isə fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub. Həmçinin vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən “İcra hüququ” Komitəsi ilə “Deontologiya” Komitəsinin yaradılmasına dair qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, “Deontologiya” Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədilə yaradılıb. “İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov “Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə “İcra hüququ” Komitəsinə sədr seçilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə töhmət verilib, 2 vəkilə irad tutulub, habelə 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Post navigation

Previous: NATO Baş katibi Almaniyada səfərdədir
Next: Azərbaycan 65 köhnə gəmini Xəzər donanmasından çıxarır

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.