20 il əvvəl 5000 manat 1 manat olub- Yeni pullar tədavülə buraxılıb

Azərbaycanda manatın denominasiya olunmasından 20 il ötür. 

AzPost bildirir ki, Prezidentin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilib, tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.

Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.

Bir manat 100 (yüz) qəpikdən ibarətdir.

Azərbaycan manatının simvolu – 1bd791cdbf2cc9d987faa0870.png , beynəxalq ISO kodu 994-dür.

Yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanıb, dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

Milli valyutada kağız pul nişanlarının mühafizə sistemi qəbul edilmiş ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.