20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib

Paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib.

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı fevralın 4-dən 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin NATO və ABŞ-la danışıqlarda Rusiyanı dəstəklədiyini açıqlayıb

Sonrakı məqalə

Türkiyə XİN: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir