Adil Əliyev də namizəd olacağı dairəni açıqladı

21.12.2019 · 00:50 · Sosial

Milli Məclisin deputatı Adil Əliyev növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib.

Adil Əliyev bu barədə Facebook-dan açıqlama yayıb. O bu qərarını “seçicilərin çoxsaylı xahişləri” ilə əlaqələndirib.

O, yenidən Nərimanov rayonu, 20 saylı II seçki dairəsindən namizəd olacaq.

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməyə veto qoyub

20.12.2019 · 23:41 · Dünya

Rusiya BMT Təhlükəsizlik Şurasında Belçika, Almaniya və Küveytin Suriyaya sərhəddən humanitar yardımın göstərilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub.

“RİA Novosti” xəbər verir ki, BMT Təhlükəsizlik Şurası da Rusiyanın bu məsələ ilə bağlı qətnaməsini dəstəkləməyib.

Bildirilir ki, 2014-cü ildən bəri qonşu dövlətlərdən cəbhə xətləri və sərhəd keçidləri vasitəsilə Suriyaya humanitar və tibbi ləvazimatların çatdırılmasının sadələşdirilmiş rejimi fəaliyyət göstərir. Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir. Sənədə görə, BMT-nin humanitar qurumları və tərəfdaşları cəbhə xətləri və Bab-əs-Salam, Bab-əl-Hava, Əl-Yarubiya və Əl-Ramat marşrutlarından istifadə etmək hüququna malikdirlər.

Almaniya, Belçika və Küveyt, humanitar yardımın transsərhəd çatdırılmasının bir il uzadılmasında maraqlı olduqlarını bildiriblər. Bu ölkələr “güzəştli təklif” hazırladıqlarını və “Əl-Ramat sərhəd keçidi istisna olmaqla, əlavə on iki aylıq müddətə, yəni 2021-ci il yanvarın 10-dək” əlavə sərhədsiz yardım mexanizminin etibarlılığının uzadılması təklifini irəli sürüblər.

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, köhnəlmiş hesab olunduğu və 2014-cü ildən Suriyada baş verənlər nəzərə alınmadığı üçün Rusiya bu qətnamənin əleyhinə səs verib.

“O zaman mexanizm fövqəladə bir vəziyyətdə yaradılmışdı və obyektiv olaraq Suriya hökumətinin nəzarətindən kənar ərazilərə humanitar yardım çatdırılmasının başqa variantları mümkün deyildi”, – deyə diplomat bildirib.

Nebenzya xatırladıb ki, indi rəsmi Dəməşq ərazinin çox hissəsinə nəzarəti geri qaytarıb və buna görə də artıq bu ərazilərə sərhəddən yardım çatdırılmasına ehtiyac qalmayıb.

Öz növbəsində, rusiyalı diplomatlar humanitar yardımın sərhəddən göndərilməsi ilə bağlı qətnaməyə öz variantlarını təklif ediblər. Nebenzyanın qeyd etdiyi kimi, layihədə Suriyadakı yeni reallıqlar nəzərə alınıb. Belə ki, Rusiya dörd sərhəd keçidindən ikisinin – Türkiyə ilə sərhəddə yerləşən Bab-əs-Salam və Bab-əl-Hava keçidlərinin saxlanılması təklif edilib. Bundan əlavə, Rusiyanın təqdim etdiyi sənəddə rejimin, əvvəlki dövrlərdə olduğu kimi, on iki deyil, altı ay müddətinə uzadılması qeyd olunub.

Bununla belə, BMT Təhlükəsizlik Şurasının üzvləri də Rusiyanın bu qətnaməsini dəstəkləməyiblər.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə –

20.12.2019 · 22:37 · Baş Yazı

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident Vladimir Putin görüşdə çıxış edib.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış olub.

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi:

20.12.2019 · 20:17 · Sosial

“Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ölkəyə 300 yeni avtobus gətirilməsi nəzərdə tutulurdu. Bu avtobuslardan 280 ədəd 12 metrlik avtobuslar artıq gətirilib. 20 ədəd 18 metrlik avtobus isə yanvarın ilk yarısında Bakıya gətirilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AVTO FM radiosunun efirində bildirib.

“Bakıya gətirilməyən 20 ədəd avtobus istehsal müəssəsində tam hazırdır. Onların gec çatdırılması hava şəraiti ilə əlaqədardır. Gürcüstan və Türkiyədə yerin buz bağlanmasına görə müəyyən gecikmələr var”, – deyə o, qeyd edib.

M.Ağayevin sözlərinə görə, həmin avtobuslarda sürücü işləmək üçün sürücülük vəsiqəsinin olması kifayət deyil: “Sürücülər mütləq xüsusi təlim keçməlidir. Yeni avtobusların xəttə buraxılmamasının səbəbi peşəkar sürücü çatışmazlığıdır. Bu gün bizim çox ciddi şəkildə peşəkar sürücülərə ehtiyacımız var”.