Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

13.09.2019 · 14:44 · İqtisadiyyat

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər ediləcəyi gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, təkliflərdən biri kənd təsərrüfatına münasibətdə torpaq mülkiyyətçilərindən məcburi sosial sığorta haqları nəzərdə tutulub ki, bu da minimum əmək haqqının 6%-nə bərabərdir: “Biz hesab edirik ki, bu, kənd təsərrüfatının bugünkü inkişafına və torpaq mülkiyyətçilərinin maraqlarına cavab verməyən bir rəqəmdir və biz onun ciddi azaldılmasına təklif etmişik”.

 

“Lalə Şövkət müxalifət rəhbərləri ilə görüş keçirmir” –

13.09.2019 · 13:52 · Siyasət

“Azərbyacan Liberal Partiyasının lideri Lalə Şövkətin müxalifət partiya rəhbərləri ilə görüş keçirməsi barədə deyilən informasiya doğru deyil. Belə görüşlərin keçirilməsi planlaşdırılımır”.

Bu sözləri Azpost.info-ya ALP sədri Əvəz Temirxan sabiq dövlət katibi ilə bağlı bu məlumatı şərh edərkən bildirib. O, deyib ki, ALP YAP və digər siyasi partiyaların 2 gün əvvəl keçirilmiş dəyirmi masasına dəvət almayıb.

Bununla yanaşı Lalə Şövkət belə müzakirələri mühüm sayır: “Lalə Şövkət xanım istisnasız olaraq hamının – hamıyla siyasi barışını, ölkədə köklü siyasi və iqtisadi islahatları gerçək təmin edən və belə nəticə verə biləcək qərarları qəbul etmək səlahiyyəti olanların predmetli, nəticəli dialoqunun əleyhinə deyil” –deyə Ə.Temirxan vurğulayıb.

ALP sədri deyib ki, Lalə Şövkət Bakıdadır və siyasi prosesləri izləyir.

Əhməd Davudoğlu Ərdoğanı qabaqladı –

13.09.2019 · 13:05 · Dünya

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bu dəqiqələrdə hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) istefa verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Davudoğlu bu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.

Xatırladaq ki, partiya rəhbərliyi Davudoğlunun AK Partiyadan qəti şəkildə çıxarılması üçün Mərkəzi İntizam Komissiyasına müraciət etmişdi.

Polis gücləndirilmiş iş rejiminə keçir –

13.09.2019 · 12:46 · Sosial

Respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 16-da yeni dərs ilinin başlaması ilə əlaqədar respublikanın bütün rayonlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək.

Həmçinin, hər hansı xoşagəlməz hadisənin baş verməməsi, ilk dərs gününə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq, zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçiriləcək.