İlham Əliyev Aşıq Molla Cümə küçəsinin açılışında iştirak edib

13.09.2019 · 12:40 · Sosial

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Mikayıl Cabbarov xarici investorlar üçün əsas maneəni açıqladı:

13.09.2019 · 11:59 · İqtisadiyyat

“Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə – İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olur: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib: “Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma, bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir. “Kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir”.

 

Tovuzun sabiq məhkəmə sədrini biznesmen güllələyib –

13.09.2019 · 11:40 · Sosial

Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub.

“Report”un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.

Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.

Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri “Report”un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi “TT” markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb.Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

Faktla Bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

“Marianna” aktyorluq karyerasını başa vurdu –

13.09.2019 · 11:27 · Mədəniyyət

Meksikanın məşhur aktrisası Veronika Kastro karyerasını başa vurduğunu açıqlayıb.

Bu barədə gözlənilmədən qərar qəbul edən aktrisa belə deyib: “Sevdiklərimlə, 53 il həsr etdiyim sevdiyim işlə vidalaşıram”.

Qeyd edək ki, son zamanlar 63 yaşlı aktirsanın adı, şəxsi həyatı sosial şəbəklərdə qalmaqallı mövzullarda hallanırdı. O, təhqirlərdən bezdiyini bildirmişdi.

“Varlılar da ağlayır”, “Yabanı qızılgül” serialları aktrisaya daha çox şöhrət gətirib. (Trend)