Sabah Azərbaycanda qış fəsli başlayacaq

21.12.2019 · 12:30 · Sosial

Qış fəsli sabah Azərbaycana daxil olacaq.

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, qış fəsli Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.

Ana Vətən Partiyası namizədlərini açıqladı –

21.12.2019 · 12:23 · Siyasət

Ana Vətən Partiyasının Mərkəzi Şurasının iclası başa çatıb.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, iclasda partiyanın seçkilərdə iştirak edəcək namizədləri müəyyənləşdirilib. AVP  növbədənkənar parlament seçkilərinə 60 namizədlə qatılacaq.

Namizədlər arasında partiyanın sədri Fəzail  Ağamalı,  sabiq maliyyə naziri Fikrət Yusifov,  tanınmış jurnalist Jalə Mütəllimova, Yalçın Hacızadə, Arzuman Abdulkərimov və digərləri var.

 NAMİZƏDLƏR SİYAHISI:

 8 Saylı Binəqədi Seçki Dairəsi İsmayılova Tünzalə Sədrəddin qızı

11 Saylı Qaradağ Seçki Dairəsi Qurbanov Elnur Elçin oğlu 13 Saylı Xəzər-Pirallahı Seçki Dairəsi Əliyev Azər Umid oğlu 14 Saylı Xəzər Seçki Dairəsi Adilov Əjdər Adil oğlu 15 Saylı Yasamal I Seçki Dairəsi Mehdiyev İbrahim Əjdər oğlu 16 Saylı Yasamal II Seçki Dairəsi Abasov Nizami Ağayar oğlu 17 Saylı Ysamal III Seçki Dairəsi Əfəndiyev Fəxrəddin Şəmsəddin oğlu 18 Saylı Nərimanov-Nizami Seçki Dairəsi Məmmədov Elşən Sahib oğlu 20 Saylı Nərimanov II Seçki Dairəsi Əmiraslanov Səddam Naməddin oğlu 23 Saylı Nəsimi Səbail Seçki Dairəsi Bayramov Ülvi Elxan oğlu 24 Saylı Nizami I Seçki Dairəsi Məmmədova Vüsalə İsmayıl qızı 26 Saylı Sabunçu I Seçki Dairəsi Rəhimli İlkin Əlisəftər oğlu 27 Saylı Sabunçu II Seçki Dairəsi Həsənli Rəşid Zeynal oğlu 28 Saylı Sabunçu III Seçki Dairəsi Mirzəyev Valeh Əvəz oğlu 29 Saylı Səbail Seçki Dairəsi Əhmədov Zaur Sabir oğlu 31 Saylı Suraxanı II Seçki Dairəsi Muradzadə Tariyel Sevindik oğlu 34 Saylı Xətai II Seçki Dairəsi Hacıyeva Yeganə Tofiq qızı 35 Saylı Xətai III Seçki Dairəsi Şxəliyev Elşən Vəli oğlu 41 Saylı Sumqayıt I Seçki Dairəsi Yusifov Fikrət Hüseyn oğlu 42 Saylı Sumqayıt II Seçki Dairəsi Allahyarova Sevinc Məlikhəsən qızı 43 Saylı Sumqayıt III Seçki Dairəsi Kərimova Səbinə Aqil qızı 45 Saylı Abşeron Seçki Dairəsi Əliyev Seymur Şirvan oğlu 46 Saylı Şirvan Seçki Dairəsi Əsgərova Xədicə Yaqub qızı 47 Saylı Mingəçevir Seçki Dairəsi Qənbərov Nayil Niyaz oğlu 50 Saylı Abşeron-Qobustan Seçki Dairəsi Quliyev Kənan Mürşüd oğlu 51 Saylı Qusar Seçki Dairəsi Zalov Şahin Fəxrəddin oğlu 54 Saylı Şabran-Siyəzən Seçki Dairəsi Bəybalayev Elnur Əhməd oğlu 56 Saylı Xaçmaz Kənd Seçki Dairəsi Əzizov Valeh Abuturaz oğlu 57 Saylı Kürdəmir Seçki Dairəsi Kazımova Yadigar Təvəkgül qızı 59 Saylı Salyan Seçki Dairəsi Zərbalyev Elmir Ədilağa oğlu 60 Saylı Salyan-Neftçala Seçki Dairəsi Ağamalı Fəzail Rəhim oğlu 62 Saylı Saatlı Seçki Dairəsi İsmayılov Rahib Əli oğlu 66 Saylı Biləsuvar Seçki Dairəsi Hacızadə Yalçın Akif oğlu 67 Saylı Cəlilabad Şəhər Seçki Dairəsi Əliyev Samir Cırax oğlu 69 Saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi Rəhimova Aynurə Ramiz qızı 70 Saylı Masallı Şəhər Seçki Dairəsi Şükürov Xaliq Heybət oğlu 71 Saylı Masallı Kənd Seçki Dairəsi Əhmədov Azad Məhəddin oğlu 74 Saylı Lənkəran Kənd Seçki Dairəsi Əliyev Fəyyaz Müzəffər oğlu 75 Saylı Lənkəran-Masallı Seçki Dairəsi Abbasova Leyla Ağaxan qızı 78 Saylı Lerik Seçki Dairəsi İsmayılova Ülkər Akif qızı 81 Saylı Beyləqan Seçki Dairəsi Fərmanova Sahilə Bəhrəm qızı 82 Saylı Ağcabədi Şəhər Seçki Dairəsi İsmayilov Anar Asif oğlu 85 Saylı Şamaxı Seçki Dairəsi Fərəcov Zamin Şıxbaba oğlu 87 Saylı Ağsu-İsmayillı Seçki Dairəsi Bəhərçinli Çinarə Həsən qızı 90 Saylı Ağdaş Seçki Dairəsi İbrahimova Səadət İbrahim qızı 92 Saylı Zərdab-Ucar Seçki Dairəsi Mütəllimova Jalə Mütəllim qızı 93 Saylı Bərdə Şəhər Seçki Dairəsi İbişov İsfəndiyar Məhərrəm oğlu 94 Saylı Bərdə Kənd Seçki Dairəsi İsmayılzadə Əsmər Qamil qızı 95 Saylı Tərtər Seçki Dairəsi İmanova Mədinə Əli qızı 100 Saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi Məmmədov Ehtiram Adil oğlu 102 Saylı Samux-Şəmkir Seçki Dairəsi Miriyev Həsən Hüseyn oğlu 104 Saylı Gədəbəy-Tovuz Seçki Dairəsi Məmmədova Güldəstə Akif qızı 106 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi Nuriyev Mahmud Əjdər oğlu 107 Saylı Qazax Seçki Dairəsi Abdulkərimov Arzuman Səid oğlu 108 Saylı Ağstafa Seçki Dairəsi Şahməmmədov Vidadi Sabir oğlu 116 Saylı Qəbələ Seçki Dairəsi Qazıyev Rəşad Hüseynqulu oğlu 118 Ağdam Şəhər Seçki Dairəsi Hüseynov Afiq Fərman oğlu 119 Ağdam Kənd Seçki Dairəsi Elyasov Elşən Fəhrad oğlu 120 Saylı Cəbrayil-Qubadli Seçki Dairəsi İsmayılov Pənah Əhməd oğlu 121 Saylı Laçin Seçki Dairəsi Novruzov Eyvaz Fəyyaz oğlu 124 Saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd Seçki Dairəsi Güləliyeva Rəsmiyyə Telman qızı

125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi Cəfərov Elman Qurbat oğlu

 

İlin ən uğurlu və uğursuz iş adamları

21.12.2019 · 12:14 · Dünya

“Forbes” jurnalı 2019-cu ilin ən uğurlu və uğursuz milyarderlərinin siyahısını açıqlayıb.

Trend-in məlumatına görə, uğurlu milyarderlər sırasında birinci yerdə fransalı iş adamı, LVMH şirkətlər qrupunun rəhbəri Benar Arno qərarlaşıb.

O, 2019-cu ildə öz sərvətinə 40 milyard dollar əlavə edib.

İkinci yerdə daha 22 milyard dollar sərvətlə “Facebook” şirkətinin rəhbəri Mark Tsukerberq yer alıb.

İlk üçlüyü “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayıb. O, 2019-cu ildə 17,3 milyard dollar qazanıb.

Uğursuz milyarderlər reytinqinə isə hindistanlı iş adamı Azim Premji başçılıq edib. O, il 14,1 milyard dollar itirib.

İkinci yerdə 13,1 milyard dollar itki ilə “Amazon” şirkətinin təsisçisi, üçüncü yerdə 3,4 milyard dollar itki ilə “Essel Group”un sədri Subhas Çandra yer alıb.

Həbs olunmuş sabiq icra başçılarının ittiham olunduğu maddələr açıqlandı

21.12.2019 · 11:55 · Baş Yazı

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum olub.  

Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham ittiham irəli sürülüb.

Xatırladaq ki, adıçəkilən şəxslər barəsində ötən gün Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Bundan başqa həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.