İstirahət günlərində hava necə olacaq?

21.12.2019 · 11:19 · Sosial

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.

ABŞ-da kuryer işləyən “Eurovision”iştirakçısı Fərid amerikalı müğənni ilə konsert verib

21.12.2019 · 11:17 · Mədəniyyət

ABŞ-da kuryer kimi çalışdığı deyilən azərbaycanlı müğənni Fərid Məmmədov Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib.

“Mədəniyyətlərin görüş nöqtəsi Türkiyə” adlı konsertdə iştirak edən Fərid Məmmədov Tüurkiyəyə gələndən sonra müsəlmanlığı qəbul edən Della Miles ilə eyni səhnəni paylaşıb.

Eskişehirdə baş tutan konsert “Dünya köçkünlər günü”nə həsr olunub.

Qeyd edək ki, “Eurovision-2013”də Azərbaycanı İsveçrədə “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır. (oxu.az)

 

Kamran Ağayev qəzaya düşdü –

21.12.2019 · 11:10 · Sosial

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev avtomobil qəzasına düşüb.

Bunu əks etdirən görüntülər futbolçunun İnstaqram hesabında paylaşılıb.

K.Ağayevin hansı şəraitdə qəzaya düşdüyü barədə məlumat verilməyib. Futbolçunun maşını tamamilə yararsız hala düşüb. Qeyd edək ki, K.Ağayev hazırda heç bir klubda oynamır. (Qafqazinfo)

Azərbaycanda halal sertifikatı bitən məşhur şirkətlər “halal toyuqlar” satır

21.12.2019 · 11:06 · İqtisadiyyat

Azərbaycanda halal sertifikatının müddəti bitən şirkətlər halal adı altında halal toyuqlar satır.

Azpost.info bildirir ki, bunu fed.az – a Keyfiyyət Assosiasiyasının İdarə Heyətinin sədri Samir Novruzlu bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük toyuq  istehsalçılardan yalnız  ikisinin halallıq sertifikatı var. Bundandan biri “Mərcan”  digəri isə “Səba” toyuqlarıdır.

“Azərbaycanda şirkətlər var , hansı ki, halallıq sertifikatlarının vaxtı bitib. Amma hələ də halal adı ilə toyuq satırlar.  Elə şirətlər də  var ki, başqa halal toyuq satan şirkətdən alıb yerli bazarda öz halal məhsulları adı altında satırlar” – deyə Samir Novruzov bildirib.