“2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm” –

Lukaşenko
17 Noyabr 2019 - 16:16

Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, prezident kürsüsündən yapışmayıb, ancaq belaruslara namizədliyini təklif etmək niyyətindədir.

A. Lukaşenko bildirib ki, prezident seçkilərinin gələn ilin yayında,  ən uzağı avqustda keçiriləcəyi gözlənilir.