2020-ci ilin ən tələb olunan turizm istiqamətləri

- ADLAR
28 Oktyabr 2019 - 16:43

“Airbnb” daşınmaz əmlakın onlayn kirayəsi platforması öncədən sifariş edilmiş kirayələri araşdıraraq 2020-ci ildə ən tələb olunan istiqamətlərin siyahısını tərtib edib.

Azərtac xəbər verir ki, Avropada ilk yerdə Yunanıstanın Mikonos adası qərarlaşıb. Keçən illə müqayisədə bu il “küləklər adası”na maraq 173 faiz artıb.

Platformanın araşdırmasına görə, ən çox kirayə olunan mənzillər böyük tədbirlərin keçirildiyi şəhərlərdir. Belə ki, Tokio Olimpiya Oyunları ilə, Florida kosmodromu Mars 2020-ci il proqramı ilə, Braziliyanın Ubatuba şəhəri turistləri cəlb edir. Bunlardan əlavə tələb olunan istiqamətlər arasında Miluoki, Milbao, Buriram, Rumıniya, Sian, Lüksemburq, Kali, Vanuatu kimi şəhər və ölkələr var.